×
A
A
A
Sazlamalar

Azərbaycan ucuz əlüstü yeməyə görə turistlər arasında 5 ən populyar ölkədən biridir

Moskva, 17 oktyabr, AZƏRTAC 

Azərbaycan ucuz əlüstü yeməyə (“fast-fud”) görə turistlər arasında 5 ən populyar ölkədən biridir.
AZƏRTAC xəbər verir ki, Rusiyanın “TurStat” turizm portalı əlüstü yeməyin ucuzluğuna görə rusiyalı turistlər arasında populyar olan ölkələrin reytinqini təqdim edib. MDB ölkələri “fast-fud”un qiyməti ucuz olan populyar turizm istiqamətlərinin ilk beşliyinə daxildir.
Reytinq populyar turizm istiqamətlərində “BiqMak” burgerlərinin qiymətlərinin müqayisəsinin nəticələrinə əsasən tərtib edilib.
“TurStat”ın məlumatına görə, belə burger ən ucuz Rusiyada, ən baha isə Avrozona ölkələrində satılır. “BiqMak” Azərbaycanda 4 manata, Türkiyədə 4,04 manata, Polşada 4,7 manata, Çexiyada 6 manata, Tailandda 6,6 manata, BƏƏ-də 6,75 manata satılır.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Turizm 2019-10-17 16:09:00