×
A
A
A
Sazlamalar

Sərbəst güləşçilərimiz Dağıstanda təlim-məşq toplanışını davam etdirirlər

Bakı, 17 oktyabr, AZƏRTAC

Sərbəst güləşçilərimiz Dağıstanda təlim-məşq toplanışını davam etdirirlər.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, oktyabrın 10-da bu ölkənin paytaxtı Mahaçqalada startı verilən təlim-məşq toplanışı 23 yaşadək güləşçilərin dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Oktyabrın 23-dək davam edəcək hazırlıq prosesində yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında müvafiq komandamız yerli güləşçilərlə birgə toplanış keçir.
Qeyd edək ki, U-23 dünya çempionatı oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

İdman 2019-10-17 15:39:00