×
A
A
A
Sazlamalar

Şərqi Avropa Aİ-yə ruh yüksəkliyi, Qərbi Avropa isə şübhə ilə baxır

Budapeşt, 17 oktyabr, AZƏRTAC

Sonuncu sosioloji tədqiqatların nəticələrinə görə, XXI əsrin əvvəlindən Avropa İttifaqına üzv olmuş keçmiş sosialist ölkələri onların dövlətlərinin bu ittifaqda üzvlüyünü müsbət amil hesab edirlər.
AZƏRTAC xəbər verir ki, polyakların 84 faizi və slovakların 70 faizi Aİ-yə üzvlüyün onların ölkələrinə rifah gətirdiyini hesab edir. 43 faizi Avropa İttifaqına tənqidi yanaşan çexlər onların bu ruh yüksəkliyini hamıdan az bölüşürlər. Avropaya şübhə ilə yanaşanların ən çoxu Qərbi Avropada və Aralıq dənizi regionlarında yaşayır. Britaniyalıların yalnız 22 faizi, ispanların 25 faizi və fransızların 16 faizi Aİ-yə üzvlüyü onların ölkələri üçün faydalı hesab edir.
Bu məlumat bu gün “index.hu” nəşrində dərc edilib.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2019-10-17 15:34:00