×
A
A
A
Sazlamalar

Gürcüstan parlamenti Qriqol Liluaşvilinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təsdiq olunmasına razılıq verib

Tbilisi, 17 oktyabr, AZƏRTAC

Gürcüstan parlamenti Qriqol Liluaşvilinin ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi vəzifəsinə təsdiq olunmasına razılıq verib.
AZƏRTAC xəbər verir ki, ikigünlük dinləmələrdən sonra gizli səsvermə keçirilib. Parlamentin 85 deputatı Q.Liluaşvilinin DTX rəisi təyin olunmasına səs verib. Səkkiz deputat isə bu barədə qərarın əleyhinə olub.
Qanunvericiliyə əsasən, Q.Liluaşvili altı il müddətinə DTX-ya rəhbərlik edəcək.
DTX-nin sabiq rəhbəri Vaxtanq Qomelauri bu ilin sentyabrında Daxili İşlər naziri təyin olunub. Həmin vaxtdan DTX sədri vəzifəsi boş idi.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-10-17 15:03:00