×
A
A
A
Sazlamalar

İran yeni reaktiv təyyarəsini təqdim edib

Tehran 17 oktyabr, AZƏRTAC

İranın İsfahan şəhərindəki hərbi bazada “Yasin” tipli yeni reaktiv təyyarənin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tamamilə İran istehsalı olan yeni təyyarənin çəkisi 5,5 tondur. Qırıcı təyyarə radarlardan yayınmaq üçün xüsusi texnologiya ilə də təchiz olunub.
Təqdimatda İranın Müdafiə naziri, general Əmir Hatəmi və digər yüksək rütbəli generallar iştirak ediblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2019-10-17 14:08:00