×
A
A
A
Sazlamalar

Futbol üzrə “Region Liqası”nın 2019/2020-ci il mövsümünün püşkü atılacaq

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də futbol üzrə “Region Liqası”nın 2019/2020-ci il mövsümünün püşkü atılacaq.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, püşkatma mərasimi 4 şəhərdə təşkil olunacaq. Belə ki, tədbir Bakıda AFFA Futbol Akademiyasında, Mingəçevirdə Gənclər evində, Ağsuda şəhər stadionunda, Lənkəranda isə Olimpiya və İdman Kompleksində keçiriləcək.

 

İdman 2019-10-17 13:48:00