×
A
A
A
Sazlamalar

Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizin 2015-ci ildən əməkdaşlıq etdiyi komitənin üzvləri sırasında 30 donor dövlət var. Azərbaycan MDB daxilində bu statusda təmsil olunan yeganə ölkədir. Bu isə donorlar ailəsinin yeni üzvünə çevrilən Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, ölkəmiz tərəfindən həyata keçirilən donor fəaliyyətinin səmərəliliyinin artırılmasına və yeni siyasi tərəfdaşlıqların qazanılmasına xidmət edəcək.

İqtisadiyyat 2019-10-17 13:01:00