×
A
A
A
Sazlamalar

Ermənistanda çökən binanın qalıqları altında qalanların axtarışı davam edir

Bakı, 17 oktyabr, AZƏRTAC 

Ermənistanın Sünik vilayətinin Kapan şəhərində torpaq sürüşməsi nəticəsində ikimərtəbəli yaşayış binası çöküb. AZƏRTAC Erməni KİV-nə istinadla xəbər verir ki, binanın altında qalan sakinlərin çıxarılması üçün əraziyə Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Lakin insidentin səhər saatlarında baş verməsinə baxmayaraq, hələ də onlardan heç biri xilas edilməyib. Xilasedicilər bunu binanın çökmüş konstruksiyalarının çürük olması ilə əlaqələndirirlər.
Digər tərəfdən, Sünik vilayətində daha bir insident baş verib. Burada çirkli suların Voxça çayına axıdılması nəticəsində ekoloji fəlakət yaşanır. Ermənistanın baş naziri Nikol Paşinyan hadisəni “çox ciddi fəlakət” adlandırıb və bununla bağlı təcili müşavirə keçirib. Zəhərli maddələrlə dolu suların vilayətdəki mis-molibden kombinatından axıdıldığı bildirilir.

Dünya 2019-10-17 12:51:00