×
A
A
A
Sazlamalar

İki kredit ittifaqının lisenziyası ləğv olunub

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycanda 2 kredit ittifaqının lisenziyası ləğv edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AZƏRTAC-a bildirilib ki, qurumun idarə heyətinin qərarı ilə
Biləsuvarda "Azad Kapital" və Bərdədə "Sarı Bulaq" kredit ittifaqlarının lisenziyası ləğv olunub.
Beləliklə, lisenziyası ləğv edilmiş kredit ittifaqlarının sayı 16-ya çatıb.

Maliyyə 2019-10-17 12:50:00