Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
Bakı, 17 oktyabr, AZƏRTAC
Son 5 ildə məktəblərin müəllim heyəti keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilən ənənəvi mətbuat konfransında deyib.
Nazir diqqətə çatdırıb ki, müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində xeyli iş görülüb.
“Həyata keçirilən bütün tədbirlər cəmiyyətdə müəllimlərin işə qəbulunun obyektivliyinə inam formalaşdırıb və 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb, müraciət edənlərin sayı 55 mini ötüb”, - deyə Ceyhun Bayramov qeyd edib.
Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək
“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub
AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri
Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik