×
A
A
A
Sazlamalar

Borjomidə “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” məsələləri müzakirə edilir

Bakı, 17 oktyabr, AZƏRTAC

ABŞ-ın Enerji Departamentinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi və Ukrayna Elm Texnologiya Mərkəzinin dəstəyi, Gürcüstanın İlia Dövlət Universitetinin Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin təşkilatçılığı ilə Borjomi şəhərində “Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin genişləndirilməsi – I mərhələ” mövzusunda konfrans keçirilir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konfransda ölkəmizi AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və mərkəzin zəlzələlərin tədqiqatı bürosunun rəis müavini Ruqiyyə Kərimova təmsil edirlər.
Müzakirələr zamanı Azərbaycandakı Seysmik Monitorinq Şəbəkəsinin fəaliyyəti və alınmış nəticələrə dair məruzə təqdim ediləcək. Konfrans oktyabrın 18-də başa çatacaq.

Ekologiya 2019-10-17 12:03:00