×
A
A
A
Sazlamalar

Şahmatçımız Məhəmməd Muradlı dünya çempionatının üçüncü turunda mübarizə aparacaq

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatında üçüncü turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, nüfuzlu yarışda ölkəmizi təmsil edən Məhəmməd Muradlının növbəti rəqibi filippinli Con Marvin Miciano olacaq.
M.Muradlının iki turun yekununa görə cəmi 1 xalı var.
On bir turdan ibarət dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir.

İdman 2019-10-17 12:01:00