×
A
A
A
Sazlamalar

Paytaxtın bəzi yollarında üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq

Bakı, 17 oktyabr, AZƏRTAC

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün axşam saatlarınadək Xocasən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, həmçinin Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində, gecə saatlarında isə Xətai rayonu, Rahib Məmmədov və Ramiz Quliyev küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, buna görə də sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-10-17 12:07:00