×
A
A
A
Sazlamalar

AQTA əməkdaşları "Sağlam məktəbli" layihəsi çərçivəsində bölgələrdə tədbirləri davam etdirir

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları "Sağlam məktəbli" layihəsi çərçivəsində 16 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar Tovuz rayonunda yerləşən İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada təhsil alan şagirdlərlə görüşüblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə şagirdlərə qida təhlükəsizliyinin təmin edilməsi və onun əhəmiyyəti, sağlam qidalanma vərdişləri barədə geniş məlumat verilib.
Tədbir çərçivəsində qida məhsullarının etiket məlumatları, bakteriya mənşəli qida zəhərlənmələri, konservləşdirilmiş qidalar, süd və süd məhsulları mövzularında məlumatları özündə əks etdirən maarifləndirici bukletlər paylanılıb.
110 nəfər şagird və müəllim heyətinin iştirak etdiyi tədbirdə intellektual oyunlar təşkil olunub, şagirdlərin qida təhlükəsizliyi və sağlam qidalanma ilə bağlı sualları cavablandırılıb.

Sosial 2019-10-17 11:47:00