×
A
A
A
Sazlamalar

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 221,5 milyon dollaradək artıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 7 milyard 822 milyon 783 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 221 milyon 452 min dollar çoxdur.
Doqquz ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 781 milyon 921 min dollar olub.

İqtisadiyyat 2019-10-17 11:32:00