×
A
A
A
Sazlamalar

Yaponiya İmperatorunun taxta çıxma mərasimindən sonra keçiriləcək parad təxirə salına bilər

Tokio, 17 oktyabr, AZƏRTAC

Yaponiya hökuməti gələn həftə təşkil ediləcək İmperatorun taxta çıxma mərasimindən sonra keçirilməsi nəzərdə tutulan paradı təxirə sala bilər.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, buna səbəb kimi “Hagibis” tufanının böyük əraziyə vurduğu ziyanın nəticələrinin aradan qaldırılması göstərilir.
Bildirilir ki, İmperatorun taxta çıxma mərasimi və banket cədvələ uyğun şəkildə təşkil olunacaq.
Hökumət xilasetmə işlərinin gedişindən asılı olaraq, paradın keçirilib-keçirilməməsi barədə qərar qəbul edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-10-17 11:00:00