×
A
A
A
Sazlamalar

Formula 1 və Mayami yürüşün keçirilməsi barədə prinsipial razılıq əldə ediblər

Bakı, 16 oktyabr, AZƏRTAC 

Formula 1 rəhbərliyi Mayamidə dünya çempionatının Qran-Pri mərhələsinin keçirilməsi barədə Florida ştatının ən iri şəhərinin nümayəndələri ilə razılığa gələ bilib.
AZƏRTAC “RaceFans”a istinadla xəbər verir ki, kurort şəhərində Formula 1-in birinci mərhələsi 2021-ci ilin mayında keçiriləcək. Qran-Pri yerli NFL komandasının “Hard Rock Stadium” arenası ətrafında təşkil ediləcək. Daha əvvəl nəzərdə tutulmuşdu ki, yürüş Mayaminin şəhər trasında keçiriləcək, lakin bu təşəbbüs şəhərin hakimiyyət orqanlarının sərt müqaviməti ilə rastlaşıb.
Hər necə olsa da 2021-ci ildə ABŞ-da Formula 1-in iki mərhələsi keçiriləcək. Xatırladaq ki, onların biri Texas ştatının Ostin şəhərində olacaq.

İdman 2019-10-16 22:00:00