×
A
A
A
Sazlamalar

Şahmatçımız dünya çempionatında ilk qələbəsini qazanıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatında ölkəmizi təmsil edən Məhəmməd Muradlı ilk qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz hindistanlı rəqibi V.Raahulu məğlub edərək aktivinə 1 xal yazdırıb.
Xatırladaq ki, M.Muradlı birinci turda israilli Yoan Milikova məğlub olub.
On bir turdan ibarət dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir.

İdman 2019-10-16 19:48:00