×
A
A
A
Sazlamalar

Təhsil Nazirliyi: “SABAH” mərkəzində sillabus tərtibinə dair təlim keçirilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin “SABAH” mərkəzində “Sillabus tərtibi” mövzusunda təlim keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlimin əsas məqsədi “SABAH” müəllimlərinə sillabusun düzgün tərtibi və istifadə qaydalarını çatdırmaq olub.
Bakı Dövlət Universiteti və UNEC “SABAH” mərkəzlərinin rəhbərləri tərəfindən keçirilən təlimə ali təhsil müəssisələrindən ümumilikdə 40 müəllim cəlb olunub.
Təlim zamanı iştirakçılara sillabusun strukturu, o cümlədən tədris prosesində ondan istifadə qaydaları haqqında məlumat verilib. Sonda təlimi uğurla başa vuran müəllimlərə sertifikat verilib.
Qeyd edək ki, sözügedən təlimlərin 2019-2020-ci tədris ilinin yaz semestrində də keçirilməsi nəzərdə tutulur.

Elm və təhsil 2019-10-16 19:30:00