×
A
A
A
Sazlamalar

Azərbaycan badmintonçularının “Egypt International 2019” turnirindəki rəqibləri bəlli olub

Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 17-dən 20-dək Misirin paytaxtı Qahirədə keçiriləcək “Egypt International 2019” turnirində mübarizə aparacaq Azərbaycan badmintonçularının rəqibləri bəlli olub.
AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edəcəklər.
Badmintonçularımız mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaqlar. E.R.Dviçayo ilk görüşünü portuqaliyalı Duarte Nuno Anjoya qarşı keçirəcək. E.Qovımuramadhoni isə irlandiyalı Conatan Dolanla qarşılaşacaq.
Qeyd edək ki, turnirdə 60 kişi və 49 qadın badmintonçu iştirak edəcək. Yarışın mükafat fondu 10 min dollardır.

İdman 2019-10-16 18:57:00