×
A
A
A
Sazlamalar

BMT-nin eksperti Radiasiya Problemləri İnstitutunda

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda BMT-nin Ətraf Mühit Proqramının eksperti Stefan Şvietske ilə görüş keçirilib.
RPİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov qonağa rəhbərlik etdiyi elmi müəssisənin tarixi, fəaliyyət istiqamətləri, nailiyyətləri və beynəlxalq əməkdaşlıq əlaqələrindən danışıb.
Sonra Stefan Şvietske BMT-nin Ətraf Mühit Proqramının atmosferə metan emissiyalarının təyininə həsr olunmuş layihəsi haqqında məlumat verib. Neft hasil edən ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində Azərbaycandan əvvəl ABŞ, Kanada, Norveç və digər ölkələrdə apardığı tədqiqatlardan danışan S.Şvietske müvafiq istiqamətdə gözlənilən nəticələr, eləcə də tətbiq olunacaq metodlardan bəhs edib.
SOCAR, Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirdiyi görüşlərin nəticələri haqqında məlumat verən qonaq institut alimlərini əməkdaşlığa dəvət edib.
Daha sonra S.Şvietske görüş iştirakçılarının suallarını cavablandırıb.

Elm və təhsil 2019-10-16 17:58:00