×
A
A
A
Sazlamalar

Briatore Alonsonun Formula 1-ə qayıdışının şərtlərini açıqlayıb

 Bakı, 16 oktyabr, AZƏRTAC
“Benetton” və “Reno”nun sabiq rəhbəri Flavio Briatore ikiqat dünya çempionu Fernando Alonsonun Formula 1-ə hansı şərtlərlə qayıda biləcəyindən danışıb.
AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, Alonso yalnız üç əsas komandanın birindən təklif alacağı təqdirdə qayıda bilər.
Briatorenin bu sözlərini sitat gətirib: “Alonsonun qayıdışı? Mən onunla bu barədə danışmışam. Fernando yalnız “Ferrari”, Mercedes”, yaxud “Red Bull”dan təklif alacağı təqdirdə qayıda bilər. Əks halda bunun heç bir mənası yoxdur”.
Briatore vurğulayıb ki, Alonso ilə “Ferrari” 2014-cü ildə müqaviləni pozmalarına baxmayaraq, pilot nəzəri baxımdan hətta bu komandaya da qayıda bilər.
O deyib: “Əgər onlar qalib gəlmək istəyirlərsə, hər şey ola bilər”.
Alonsonun Formula 1-də çıxış etdiyi sonuncu komanda “Maklaren” olub. O, bu komandanı 2018-ci il mövsümündən sonra tərk edib.

İdman 2019-10-16 17:35:00