×
A
A
A
Sazlamalar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin adı beynəlxalq reytinq cədvəlinə daxil edilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın “Quacquarelli Symonds” şirkəti Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ali təhsil müəssisələrinin növbəti reytinqini açıqlayıb. Ölkəmizdən reytinqə daxil olan 5 universitet arasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) də adı var.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, reytinq cədvəlinə Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və ADA Universitetinin də adı daxil edilib. Bu barədə məlumat ali təhsil müəssisələrinin növbəti reytinq (QS EECA University Rankings 2020) cədvəlində əks olunub.

Elm və təhsil 2019-10-16 16:34:00