×
A
A
A
Sazlamalar

Bu ilin doqquz ayı ərzində 6350 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Bu ilin doqquz ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 6 min 350 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 4749-u stasionar, qalanları isə ambulator şəraitdə bərpa xidmətləri ilə təmin ediliblər. Həmin kateqoriyadan olan şəxslərin sağlamlığının bərpası üçün fizioterapevtik müalicə prosedurları əsasında kompleks reabilitasiya işləri aparılıb.
Bu ilin yanvar-sentyabr aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən isə 6 min 336 əlilliyi olan şəxsə 20 minədək reabilitasiya vasitəsi, o cümlədən 809 əlil arabası verilib.

Sosial 2019-10-16 16:02:00