×
A
A
A
Sazlamalar

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Bakı, 16 oktyabr, AZƏRTAC

Hər il BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) oktyabrın 16-nı Ümumdünya Qida Günü kimi qeyd edir.
Təşkilatın Bakıdakı ofisindən AZƏRTAC-a verilən məlumata görə, həmin günlə əlaqədar tədbirlər dünyanın 150-dən çox ölkəsində təşkil olunur və bu, BMT təqviminin ən çox qeyd olunan günlərindən birinə çevrilir. Həmin tədbirlər dünyada aclıq və digər qeyri-sağlam qidalanmadan əziyyət çəkənlər və hamı üçün qida təhlükəsizliyi və sağlam qidalanmanın təmin edilməsi ehtiyacı üçün təbliğat fəaliyyətinə kömək edir. Ümumdünya Qida Günü də ictimaiyyətə mesaj göndərmək üçün vacib fürsətdir: yaşadığımız ömürdə aclığa və hər cür qeyri-sağlam qidalanmaya son qoyub aclığı yox edə bilərik , lakin həmin məqsədə çatmaq üçün hər kəs birlikdə çalışmalıdır.
Uzun illərdir ki, dünya aclığa qarşı mübarizə aparır. Lakin indi qida ilə təmin olunmayanların sayı yenidən artmaqdadır. Müasir dünyada 800 milyondan çox insan və ya təxminən doqquz nəfərdən biri aclıqdan əziyyət çəkir. Ancaq yaşadığımız dövrdə ərzaq təhlükəsizliyi yalnız miqdar məsələsi deyil, həm də keyfiyyət məsələsidir. Qeyri-sağlam qidalanma artıq dünyada xəstəlik və ölüm üçün aparıcı risk faktoruna çevrilib. Sağlam və davamlı qidalanmanın hamı üçün əlverişli və əlçatan olmasına təcili tələbat var.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatın məlumatına görə, dünyada 30 min qida bitkisi olduğu bilinsə də, hazırda yalnız 200 bitki becərilir və yalnız 8 bitki, o cümlədən arpa, lobya, qoz-fındıq, qarğıdalı, kartof, düyü, qarğıdalı və buğda gündəlik qida rasionunun 50 faizindən çoxunu təmin edir.
Dünyada 5 yaşdan aşağı 149 milyon uşaq inkişaf ləngiməsi, 49 milyon uşaq isə çəki azlığından əziyyət çəkir. Əhali arasında artıq çəkidən əziyyət çəkən 670 milyondan artıq sakin var, onlardan 120 milyondan çoxu oğlan və 5-19 yaş arasında olan qız uşaqlarıdır. Artıq çəkidən əziyyət çəkən 5 yaşdan aşağı 40 milyon uşaq var. Qeyri-sağlam qidalanma, oturaq həyat tərzi, əlillik və qeyri-yoluxucu xəstəliklərdən ölüm halları ən aparıcı risk faktorlardır.

Sosial 2019-10-16 15:23:00