×
A
A
A
Sazlamalar

Peşə təhsili müəssisələrində çalışan pedaqoji heyət Türkiyədə təlimlərə cəlb olunub

Bakı, 16 oktyabr, AZƏRTAC

Peşə təhsili müəssisələrində çalışan pedaqoji heyətin Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində müvafiq istiqamət üzrə təlimlərə cəlb olunması nəzərdə tutulur. Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 2019-2020-ci tədris ili ərzində Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlıq çərçivəsində ölkəmizin peşə təhsili müəssisələrində çalışan 49 nəfər mühəndis-pedaqoji heyət İstanbul, Ankara və İzmir şəhərlərində fəaliyyət göstərən müvafiq məktəblərdə təlimlərə cəlb olunacaq.
Təlimlərin 2-12 həftə müddətində, liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik, zərgərlik istiqamətləri üzrə həyata keçirilməsi planlaşdırılıb.
Sözügedən əməkdaşlıq çərçivəsində İstanbulda inşaat sahəsi üzrə 1 aylıq təlim prosesinə artıq başlanılıb. Təlim zamanı peşə təhsili müəssisələrindən seçilən 4 müəllim təməl inşaat texnologiyası, xarrat-dülgər, çilingərlik, santexnika istiqamətləri üzrə təlimlər çərçivəsində təhsil müəssisələrinin emalatxanaları və avadanlıqların iş prinsipi ilə yaxından tanış olublar.

Elm və təhsil 2019-10-16 15:05:00