×
A
A
A
Sazlamalar

Şahmatçımız Məhəmməd Muradlı dünya çempionatının ikinci turunda mübarizə aparacaq

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatının ikinci turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz Məhəmməd Muradlının növbəti rəqibi hindistanlı idmançı olacaq. Şahmatçımız ilk turda israilli Yoan Milikova uduzub.
İsveçrə sistemi üzrə keçirilən dünya çempionatı 11 turdan ibarətdir.

İdman 2019-10-16 15:01:00