×
A
A
A
Sazlamalar

Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan MDB ölkələrinə 853 milyon 336 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 125 milyon 621 min dollar çoxdur.
Doqquz ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 426 milyon 870 min dollar olub.

İqtisadiyyat 2019-10-16 14:47:00