×
A
A
A
Sazlamalar

Tərtərdə "Müstəqilliyimiz əbədidir" şüarı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib VİDEO

Tərtər, 16 oktyabr, AZƏRTAC

Tərtər rayonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə "Müstəqilliyimiz əbədidir" şüarı altında yürüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib. Tərtər şəhərindəki Bayraq Meydanından işğaldan azad edilmiş Şıxarx qəsəbəsindəki “Marağa–150” abidəsinin qarşısınadək davam edən yürüşdə əllərində Azərbaycan Respublikasının Dövlət bayraqlarını tutmuş gənclər "Müstəqilliyimiz əbədidir", "Qarabağ Azərbaycandır" şüarları səsləndiriblər.
Aksiya gənclərin hazırladığı fləşmobla başa çatıb.

Regionlar 2019-10-16 14:26:00

Video