×
A
A
A
Sazlamalar

Valideynləri tanıyaq, müəllimlərə dəyər verək, uşaqlara dəstək olaq

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da “Azərbaycan Valideyn – Müəllim Assosiasiyası” İctimai Birliyi (AVMA İB) “Valideynləri tanıyaq, müəllimlərə dəyər verək, uşaqlara dəstək olaq” mövzusunda tədbir keçirib.
Tədbirdə Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Təhsil Şurasının sədri professor Hikmət Əlizadə, təhsil ekspertləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, YAP Siyasi Şurasının, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, media nümayəndələri və başqaları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə birliyin icraçı direktoru Şahin Rəcəbov rəhbərlik etdiyi qurumun il ərzində gördüyü işlərdən danışıb. Bildirib ki, cari ildə regional və beynəlxalq əlaqələr genişləndirilib, təhsilin inkişafı ilə bağlı yeni layihələr tətbiq olunub.
Məktəb icmaları layihəsinin valideynlərlə münasibətlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışan Şahin Rəcəbov bu əməkdaşlığın uşaqların tədris nailiyyətlərinin yüksəldilməsinə müsbət təsir göstərdiyini vurğulayıb.
Toplantıda “Təhsil uğurları” adlı videoçarx nümayiş olunub, “Azərbaycan Valideyn – Müəllim Assosiasiyası” İctimai Birliyinin yenilənmiş saytı təqdim edilib.
Tədbirdə 2018-2019-cu tədris ili üzrə təhsildə fəallıq göstərmiş ictimaiyyət nümayəndələri, valideyn, müəllim və şagirdlər, KİV nümayəndələri təltif olunublar.
Diplom alanlar sırasında AZƏRTAC-da var.
Tədbir bədii hissə ilə davam edib.

Elm və təhsil 2019-10-16 14:27:00