×
A
A
A
Sazlamalar

Futzal üzrə Azərbaycan millisi Moldova, Monteneqro və Slovakiya yığmaları ilə qarşılaşacaq

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan milli komandası 2020-ci ildə Litvada təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsində mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq əsas mərhələdə millimiz Moldova, Monteneqro və Slovakiya yığmaları ilə qarşılaşacaq.
Futzalçılarımız oktyabrın 23-də Moldova, ertəsi gün Monteneqro, ayın 26-da isə Slovakiya yığmaları ilə qarşılaşacaqlar.

İdman 2019-10-16 14:08:00