×
A
A
A
Sazlamalar

Türkiyə Prezidenti: Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir

Ankara, 16 oktyabr, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan toplantıda çıxış edib.
Türkiyənin daxili və xarici siyasəti ilə bağlı bəzi məqamlara toxunan Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşünə geniş yer ayırıb. Prezident diqqətə çatdırıb ki, Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü təşkilatın coğrafiyasının genişlənməsi və qəbul etdiyi mühüm qərarlar baxımından tarixi əhəmiyyətə malikdir.
Gündəlikdə olan aktual mövzular barədə fikir və mülahizələrini bölüşən dövlət başçısı Suriya böhranı, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatının uğurla davam etdirildiyini diqqətə çatdıraraq vurğulayıb ki, terrorçuların kökü kəsilənə qədər bu mübarizə davam etdiriləcək.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2019-10-16 13:54:00