×
A
A
A
Sazlamalar

Dövlət Gömrük Komitəsi tərəfindən bu il 617 cinayət xarakterli fakt aşkarlanıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən 617 cinayət xarakterli fakt aşkarlanıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, bunlardan 289-u narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 431-i isə qaçaqmalçılıq və digər cinayət xarakterli faktlardır.

Hadisə 2019-10-16 13:56:00