×
A
A
A
Sazlamalar

“İzahlı aşıq ədəbiyyatı sözlüyü” işıq üzü görüb

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Aşıqlar Birliyinin (AAB) yeni nəşri olan “İzahlı aşıq ədəbiyyatı sözlüyü” işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, müəllifləri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və professor Mahmud Allahmanlı olan kitabda aşıq ədəbiyyatı ilə bağlı anlayışların, obrazların, terminoloji vahidlərin, eləcə də bu ədəbiyyat çevrəsini əhatə edən janr şəbəkəsinin mənzərəsi yaradılır. Burada aşıq ədəbiyyatının ayrı-ayrı istilahlarının, dastanların, populyar dastan obrazlarının, sazla bağlı olan şeir biçimlərinin yığcam və aydınlaşdırıcı təqdimatı əsas götürülüb.
Onun sözlərinə görə, kitabın nəşrində əsas məqsəd aşıq ədəbiyyatı ilə bağlı bilgilərin elmi ictimaiyyətə çatdırılması və sənətə yeni gələn gənc nəslə mənimsədilməsidir.

Mədəniyyət 2019-10-16 10:55:00