Moldova xalqı Prezident İqor Dodona etimad göstərir
Kişineu, 16 oktyabr, AZƏRTAC
Moldovada keçirilən rəy sorğusunun nəticələrinə görə, xalq Prezident İqor Dodon böyük etimad göstərir.
AZƏRTAC xəbər verir ki, “Intellect Group” şirkətinin paytaxt Kişineuda apardığı rəy sorğusunda İqor Dodona etimad göstərənlər əhalinin 39,6 faiz təşkil edib. İkinci yerdə 27,8 faizlə Baş Nazir Maiya Sandu, üçüncü yerdə isə 27,3 faizlə parlamentin sədri Zinaida Qrençanıy qərarlaşıblar.
Sorğuda iştirak edənlər İqor Dodonun xalqın rifahının yüksəldilməsi üçün lazımi işlər gördüyünü bildiriblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır