×
A
A
A
Sazlamalar

Gürcüstanda zəlzələ olub

Tbılısı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də axşam saatlarında Gürcüstanın İmereti regionunda 4,6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 18:57-də Xaraqauli qəsəbəsindən 8 kilometr aralıda Çalxeeti kəndində qeydə alınıb.
Tələfat və dağıntı barədə məlumat verilmir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-10-15 22:22:00