×
A
A
A
Sazlamalar

Türkiyə ordusu Suriyada iki şəhid verib

Ankara, 15 oktyabr, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində antiterror əməliyyatı aparan qoşun birləşmələrində təmsil olunan hərbçilərdən ikisi şəhid olub, yeddisi yaralanıb.
AZƏRTAC Türkiyə Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Münbiç bölgəsində baş verən hadisə terrorçuların türk hərbçilərini toplardan və raketlərdən atəşə tutması nəticəsində baş verib. Nazirlik şəhidlərin ailələrinə başsağlığı verib.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-10-15 21:14:00