×
A
A
A
Sazlamalar

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər

Bakı, 15 oktyabr, AZƏRTAC

Müdafiə Nazirliyi Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hislərinin aşılanması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə tədbirləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birgə tədbirlər planına uyğun olaraq, komitənin nümayəndələri hərbi hissələrdən birində şəxsi heyətlə görüşüblər.
Görüşdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb. Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Ordu 2019-10-15 18:56:00