×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunda ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin peşəkarlıq səviyyəsi yoxlanıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandirlərin ideoloji iş və mənəvi-psixoloji təminat, şəxsi heyətlə iş üzrə müavinlər və psixoloqların toplantısı keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda zabitlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə hərbi nizamnamələri, rəhbəredici və digər normativ hüquqi sənədləri bilmələri üzrə testlər, fiziki hazırlıqdan məqbullar qəbul edilib, eləcə də döyüş və gündəlik fəaliyyətdə mənəvi-psixoloji təminatın təşkili və aparılmasına dair təlim-metodiki məşğələlər keçirilib.

Ordu 2019-10-15 18:20:00