×
A
A
A
Sazlamalar

Dərbənd teatrı ölkəmizdə qastrol səfərindədir

Bakı, 15 oktyabr, AZƏRTAC

Dərbənd Azərbaycan Dövlət Dram Teatrı ölkəmizdə qastrol səfərindədir. Bu gün Abşeron Rayon Mədəniyyət Evində səfər çərçivəsində teatrın təqdimatında “Rəngsaz” tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir, tamaşa türk dramaturqu Tuncer Cudcenoğlunun pyesi əsasında hazırlanıb. Tamaşanın rejissoru Azərbaycanın Əməkdar artisti Sərvər Əliyevdir.
Tamaşada baş rolu ifa edən Qədir bir həkimin evini təmir etməyə gəlir. Ancaq sonradan o, özünü burada evin sahibi kimi aparmağa başlayır. Əyninə həkim xalatı geyinib hamını müalicə etmək arzusuna düşür.
Aktyorlar bu tamaşanı ustalıqla ifa edərək gözəl xoreoqrafiya nümayiş etdiriblər.
Sonda teatrın direktoru Firdovsi Əsgərov teatra belə maraq göstərdikləri üçün tamaşaçılara öz minnətdarlığını bildirib.

Mədəniyyət 2019-10-15 18:13:00