×
A
A
A
Sazlamalar

“Əcdadların mirası” yarışının ilk çəkilişi “Qala” Dövlət Tarix–Etnoqrafiya Qoruğunda aparılıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan tarixinin və mədəniyyətinin ölkəmizin gəncləri arasında təbliği məqsədilə Gənclər Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Əcdadların Mirası” ilk əyləncəli-etnoqrafik layihəsi çərçivəsində milli yarış təşkil olunub.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın müxtəlif regionlarından seçilmiş gənclərdən ibarət dörd komanda ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və təbiəti ilə bağlı məntiq və bilik yarışında mübarizə aparıblar. İştirakçılar, həmçinin müxtəlif tapşırıqlarda güc və dözümlülüklərini sınayıblar.
Altı mərhələdən ibarət yarış müxtəlif bölgələrdə keçirilir.

Sosial 2019-10-15 17:53:00