×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Qırğızıstan arasında idman və gənclər sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü ilə əlaqədar ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikasının Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyinin direktoru Kanat Amankulov ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında gənclər və idman sahələrində həyata keçirilən sıx əməkdaşlıqdan danışılıb və əlaqələrimizin daha da inkişafı müzakirə edilib. Bu baxımdan gənclər və idman sahələrində əməkdaşlıqla bağlı müvafiq sənədin hazırlanması istiqamətində görülməli olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı, həmçinin idman və gənclər sahələrində həyata keçirilən beynəlxalq tədbirlərə iki ölkə gənclərinin cəlb olunması, gənclər təşkilatları ilə iş, yarışların, idmançılar üçün təlim-məşq toplantılarının birgə təşkili və digər məsələlər müzakirə edilib.

Sosial 2019-10-15 17:37:00