“Turan Tovuz” və “Kəpəz” futbol klublarının üzvləri üçün seminar keçirilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Tovuzda və Gəncədə “Turan Tovuz” və “Kəpəz” futbol klublarının Birinci divizionda mübarizə aparan komandalarının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyunlar haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Seminar iştirakçılarına İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında seminar iştirakçılarına məlumat verilib.
Futbolçuların və məşqçilərin sualları cavablandırılan zaman bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda AFFA ilə əlaqə saxlamaq lazımdır.
Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək
Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçılar bəlli olub
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib
“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir
Aslan Kərimov: Rinat Abdaşov hava limanından otelə qədər başı şampunlu getdi