×
A
A
A
Sazlamalar

Şəmkirdə bir neçə mağaza və kafe yanıb

Bakı, 15 oktyabr, AZƏRTAC 

Şəmkir rayonunda güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə ümumi sahəsi 2400 kvadratmetr olan tikilidə qeydə alınıb. Nəticədə bir dam altında tikilən, müxtəlif təyinatlı obyektlər - kafe, mağazalar 464 kvadratmetr sahədə yanıb. Tikililərin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2019-10-15 17:16:00