×
A
A
A
Sazlamalar

Maarifləndirici kursun ilk günündə “Seçki siyahıları ilə iş qaydası” mövzusunda seminar keçirilib

Ağsu, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üçgünlük kurslara 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində də start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dairə seçki komissiyasının inzibati binasının iclas zalında təşkil olunan kursun ilk günündə rayon icra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov tədris cədvəlinə uyğun olaraq, “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrin qurulması” mövzusunda məruzə ilə çıxış edib.
Kursun ilk günündə “Seçki siyahıları ilə iş qaydası” mövzusunda seminar da keçirilib. Seminarı dairə seçki komissiyasının sədri Azad Dursunəliyev aparıb.
Hər iki mövzu ilə əlaqədar iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verilib.
Oktyabrın 16-da kurslar öz işini davam etdirəcək.

Regionlar 2019-10-15 17:06:00