×
A
A
A
Sazlamalar

Badminton üzrə Gəncə birinciliyinə yekun vurulub

Bakı, 15 oktyabr, AZƏRTAC

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyi Gününə həsr olunmuş badminton üzrə şəhər birinciliyi keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, 80 idmançının mübarizə apardığı birincilik 2003-2009-cu il təvəllüdlü qızlar və oğlanlar arasında təşkil olunub.
Sonda hər yaş qrupunda ilk üç yeri tutan idmançılar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və fəxri fərmanla mükafatlandırılıblar.

İdman 2019-10-15 17:04:00