×
A
A
A
Sazlamalar

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 15 oktyabr, AZƏRTAC 

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Xubyarlı kəndi ərazisində şəhər sakini R.Məmmədovun idarə etdiyi “VAZ-2106” və Kürdəmir rayon sakini Y.Dünyamalıyevin idarə etdiyi “Hyundai” markalı yük avtomobilləri toqquşub. Nəticədə R.Məmmədovun avtomobilində olan sərnişin, kənd sakini Hafiz Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. O, xəstəxanada ölüb.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2019-10-15 16:46:00