×
A
A
A
Sazlamalar

Bu il Şəkinin üzüm bağlarından 3906 ton məhsul yığılıb

Şəki, 15 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun təsərrüfatlarında üzüm yığımı başa çatıb. Rayonda 304 hektar barverən üzüm bağları var. Torpaq mülkiyyətçiləri bu il bağlardan 3906 ton məhsul tədarük ediblər. İstehsal olunan məhsul satış üçün əsasən daxili bazarlara, həmçinin rayonda fəaliyyət göstərən şərab zavoduna göndərilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdiri bildirib ki, rayonda gələn ilin məhsulu üçün payızlıq dənlilərin əkini də gündən-günə sürətlənir. Fermerlər indiyədək 5020 hektarı arpa, 3220 hektarı buğda olmaqla, 8240 hektar sahəyə toxum səpiblər. Payızlıq dənlilərin əkini üçün indiyədək təsərrüfatlarda 53,4 min hektar sahədə şum aparılıb. Cari mövsümdə rayonda 65 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır.

Kənd təsərrüfatı 2019-10-15 16:43:00