×
A
A
A
Sazlamalar

Tərtərin Qaynaq kəndinin bir hissəsinə təbii qazın verilişi dayandırılıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Tərtər rayonunun Qaynaq kəndinin bir hissəsinə qazın verilişi dayandırılıb. Belə ki, diametri 57 millimetr olan orta təzyiqli qaz xəttini pambıqyığan kombaynla vuraraq zədələyiblər. Hadisə zamanı kəmərdə qaz sızması baş verib. Hazırda hadisənin fəsadlarının aradan qaldırılması üçün işlər görülür və sızmanın ləğvi məqsədilə müvəqqəti olaraq ərazidə qaz təminatı dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Regionlar 2019-10-15 16:39:00