Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İngiltərədə ekoaktivistlərin aksiyaları davam edir

London, 15 oktyabr, AZƏRTAC
İngiltərədə ekoaktivistlərin aksiyaları davam edir.
Bazar ertəsi polisin etirazlara qadağa qoymasına baxmayaraq etiraz fəalları Londonun mərkəzi küçələrində nümayişlərini davam etdirir.
Nəqliyyat Departamentini hədəf alan etirazçılar və qrupun rəhbəri xanım Geyl Bredbruk binanın girişinin üzərinə qalxıb. Xilasedicilər tərəfindən aşağı endirilən Bredbruk həbs edilib.
Londonda 9 gün davam edən etiraz aksiyaları zamanı 1457-dən çox ekoaktivist həbs olunub.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2019-10-15 16:36:00